Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda yük maşını sərnişin avtobusunu vurub

Bakıda yük maşını sərnişin avtobusunu vurub


Bu gün saat 15:30 radələrində Binə qəsəbəsi Sovxoz yaşayış sahəsində karyer daşı ilə yüklənmiş “Zil” markalı avtomobil “Çinar-Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə 99JK422 DQN-lı avtobusu vurub.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb.

Bildirilir ki, qəza avtobus sonuncu dayanacaq məntəqəsində gözləyən vaxt baş verib. Hadisə zamanı avtobusa zərər dəysə də xəsarət alan olmayıb.
Xəbəri paylaş