Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda məktəbdə yanğın olub

Bakıda məktəbdə yanğın olub


İyunun 28-də təxminən saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verib.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil idarəsindən verilən məlumata görə, yanğın məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub və hazırda yanğına müdaxilə prosesi davam edir.

Məktəb rəhbərliyinin məlumatına əsasən xəsarət alan yoxdur.

Mehman
Xəbəri paylaş