Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib

Yevlaxda şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib


Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı açıqlama yayıb.

Newscenter.az xəbər verir ki, Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, hadisə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.

"Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - İdarədən qeyd edilib.
Xəbəri paylaş