Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda qadının bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Bakıda qadının bank hesabından pul oğurlayan şəxs saxlanılıb


Bakıda qadının bank hesabından 520 manat oğurlanıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Quliyeva bank hesabından 520 manatının çıxarılaraq oğurlanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dadaşov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
Xəbəri paylaş