Rusiyanın “Volga Dnepr Airalines” hava şirkətinin RA-82074 bort nömrə nişanlı təyyarəsi Qazaxıstanın Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında saxlanılıb.
Newscenter.az-ın məlumatına görə, “Report” “Tengrinews.kz”a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan Dövlət Gəlirlər Komitəsi yayıb.
Qeyd olunub ki, təyyarə Çinin Urumçu şəhərindən Nur-Sultanda dayanmaqla Rusiyanın paytaxtı Moskvaya uçurmuş.
Komitənin məlumatında bildirilib ki, təyyarənin heyəti və onların nümayəndəsi gömrük əməliyyatlarının aparılması üçün uyğun sənədləri və məlumatları müəyyən edilmiş müddətdə təqdim etməyib: “Buna görə onlara iyirmi aylıq hesablama göstəricisi məbləğində cərimə nəzərdə tutulub”.