Rusiyada helikopterin sərt enişi zamanı onlarla insan xəsarət alıb.
Newscenter.az-ın məlumatına gprə, bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə Yakutiyada qeydə alınıb. "Mi-8" helikopteri dünən axşam saatlarında Aldan rayonunda sərt eniş edib. Nəticədə 23 nəfər xəsarət alıb. Onlardan 7 nəfərin vəziyyəti ağır, digər 7 nəfərin vəziyyəti orta ağır, 9 nəfərin vəziyyəti isə yüngül qiymətləndirilir. Yaralılar Yakutska aparılıb.
İnsident zamanı helikopterdə üç ekipaj üzvü və aviasiya meşə mühafizəsinin əməkdaşları olub.
Hadisə yerinə xilasedicilər cəlb edilib.
Faktla bağlı cinayət işi açılıb.