Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yük avtomobilinin qoşqusunda ətir yağları aşkarlanıb

Yük avtomobilinin qoşqusunda ətir yağları aşkarlanıb


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası istiqamətindən "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Volvo" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Newscenter.az xəbər verir ki, baxış zamanı avtomobilin qoşqusunun sağ alt hissəsində yerləşən yeşikdə gömrük nəzarətinə bəyan edilməyən parfumeriya məhsulları- 4 ədəd ətir, 20 litr metal və plastik qablarda olan ətir yağları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş