Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Raket və Artilleriya Qoşunlarının təlimləri keçirilir-VİDEO

Raket və Artilleriya Qoşunlarının təlimləri keçirilir-VİDEO


Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.

Keçirilən məşğələlərdə əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsidir.

Xəbəri paylaş