Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müraciət edən ermənilərə Azərbaycan vətəndaşlığı verilə bilərmi?

Müraciət edən ermənilərə Azərbaycan vətəndaşlığı verilə bilərmi?


Xankəndidə və ətraf əraziləririmizdə yaşayan bir qrup ermənin sosial şəbəkələr vasitəsi ilə Azərbaycan hakimiyyətinə onlara Azərbaycan vətəndaşlığının verilməsini barədə müraciəti geniş müzakirələrə səbəb olub. Mövzu ilə bağlı fikir söyləyən həmvətənlilərimizin mütləq çoxluğu bunun əleyhinə olduğunu bildirir.

Əvvəla qeyd edim ki, Qarabağ İqtisadi Zonasında yaşayan ermənilər təkcə sosial şəbəkələr vasitəsi ilə deyil, həmçinin rəsmi kanallarla, yerlərdə isə bir başa hərbiçillərimizə də müraciət etməklə onlara Azərbaycan vətəndaşlığının verilməsi ilə bağlı çoxlu müraciətlər edirlər. Milli Məclisdə Xankəndini təmsil edən hörmətli deputat Tural Ganjali də erməni əsilli şəxslərin vətəndaşlıq almaq istəyi barədə açıqlamalar verib.

Xankəndidə və ətraf ərazilərimizdə yaşayan ermənilərə Azərbaycan vətəndaşlığının verilməsi məsələsinə öz şəxsimdə bir az fərqli yanaşmam var. Fikrimi düzgün izah etmək üçün qeyd edim ki, əvvəla Qarabağ müharibəsi veteranı və qazisi olaraq xalqımıza qarşı erməni vəhşiliyinin canlı şahidiyəm. Neçə-neçə döyüş yoldaşlarım şəhid, neçə-neçə silahdaşlarım yarımcan və əlil olub. Erməni xislətinin, nifrətinin, düşmənçiliyinin və onların havadarlarının xalqımıza qarşı amansızlığı, məkrli planları barədə müəllifi olduğum tarixi, elmi kitablarımda və məqalələrimdə geniş yazmışam və publik çıxışlar etmişəm. Şəxsimin onlara qarşı mənfi münasibətimin sərhəddi yoxdur və düşünürəm ki, mənim qədər onlara heç nifrət edən də olmaz.

Ancaq, Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilərə onlara Azərbaycan vətəndaşlığının verillməsi barədə müraciətlərinə baxılmasının tərəfdarıyam və bu məsələyə emosiyalarla deyil, məntiq və siyasi uzaqgörənliklə yanaşılmalıdır. Müraciət edən ermənilərə Azərbaycan vətəndaşlıq məsələsinin özünün rədd edilməsi həm ölkə qanunvericiliyinə və həm də Azərbaycan xalqının minilliklərə söykənən mentalitetinə uyğun deyildir. Əvvəla Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına görə insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün milli, etnik və ümumiyyətlə sosial statusu heç bir məhdudiyyət yaratmır, əksinə hər bir münasibətdə hüquqi bərabərliyi təmin edir. Belə olmasaydı hal-hazırda Azərbaycanda 30 minə yaxın erməni əsilli Azərbaycan vətəndaşı yaşamazdı. Bu birinci məqam.

Digər tərəfdən də, nəzərə almalıyıq ki, otuz ilə yaxın müddətə Azərbaycan torpaqlarını işğal edilməsi təkcə Ermənistanla bağlı məsələ deyildi. İşğalçılıqda Ermənistana və ermənilərə bir başa dəstək verən qonşu dövlətlərlə yanaşı dünya nəhəngləri var idi, daha doğrusu indi də var hələ. Möhtəşəm qələbəmizlə yekunlaşan 44 günlük müharibə də Xankəndinin azad edilməsi məsələsini əngəlləyən həm də yalançı "etnik təmizləmə" və hətta "soyqırım" ittihamının irəli sürülməsi ehtimalının yüksək olması idi. Xankəndi və ətraf ərazilərdə Azərbaycan suverenliyinin bərpası üçün həmin ərazilərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası mütləqdir.

Təbii ki, ermənilərin Azərbaycan ərazisində bərabər hüquqlu Azərbaycan vətəndaşı kimi yaşaması üçün onların Azərbaycan xalqına qarşı soyqırım və müharibə cinayətlərində iştirakı, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyəti araşdırılmalı və sonra onlara münasibətdə fərdi qaydada Azərbaycan vətəndaşlığı ilə bağlı müvafiq qərar qəbul edilməlidir. Həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyi bərpa edildikdın sonra ümumən isə Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənlərlə bağlı strateji milli layihələr mərhələli şəkildə həyata keçirilməlidir ki, "erməni separatizmi" deyilən bir virusun təzədən yayılma ehtimalı sıfıra ensin.

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas
Xəbəri paylaş