Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranda baş verən yanğın Siyəzənə keçib

Şabranda baş verən yanğın Siyəzənə keçib


Siyəzən rayonunda meşə ərazilərində yanğın başlayıb.

Newscenter.az-ın məlumatına görə, "Report"un Şimal burosu xəbər verir ki, Şabran rayonunda 4 gündür davam edən yanğın Siyəzənə keçib.

Belə ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Günovşə və Ərməkolu kəndlərində yanğın davam edir. Yanğın nəticəsində kəndlərin örüş torpaqları və meşə fonduna ciddi zərər dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xızı, Siyəzən və Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissələrindən 3 avtomobil və canlı qüvvə cəlb edilib.

Alovun söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
Xəbəri paylaş