Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkidə yanğının söndürülməsi əməliyyatları davam edir

Şəkidə yanğının söndürülməsi əməliyyatları davam edir


Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğınla bağlı son durum açıqlanıb.

Newscenter.az-ın Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, yanğın nəzarətə götürülüb:

“Hazırda yanğının söndürülməsi əməliyyatları davam edir”.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
Xəbəri paylaş