Bakıda ana və 7 yaşlı qızı itkin düşüb.
Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 23-də paytaxtın A.Neymətulla küçəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Əliyeva Aysel Niyazi qızı övladı, 2015-ci il təvəllüdlü Kərimova Ruksarə Tamerlan qızı ilə birlikdə yaşadıqları evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində müvafiq yoxlama aparılır.