Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bosniya və Herseqovina Respublikasının müdafiə naziri Sifet Podçiç ilə görüşüb.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə edilib.