Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tacikistanla sərhəddə münaqişə zamanı 37 Qırğızıstan vətəndaşı həlak olub

Tacikistanla sərhəddə münaqişə zamanı 37 Qırğızıstan vətəndaşı həlak olub


Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərin sayını dəqiqləşdirib.

Newscenter.az-ın məlumatına görə, “Report” yerli KİV-ə istinadən xəbər verir ki, Batken vilayətində qurbanların sayı 24-dən 36-ya yüksəlib.

Nazirlik həmçinin 129 nəfərin yaralandığını, onlardan 7 nəfərinin ambulator müalicəyə göndərildiyini bildirib.

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi isə sərhəd münaqişəsi zamanı 37 nəfərin öldüyünü bəyan edib.

Agentliyin məlumatına görə, artıq 177 ton humanitar yardım Batken bölgəsinə çatdırılıb və daha 160 ton humanitar yardımın Bişkekdən göndərilməsi gözlənilir.
Xəbəri paylaş