Fransa prezidenti Emanuel Makronun ölkədəki erməni diaspora və lobbi təşkilatlarının təsiri altında olması artıq heç kimdə şübhə doğurmur. Həm 2017-ci ildə ilk dəfə prezident seçilərkən, həm də xüsusilə 2022-ci ildə ikinci dəfə seçkilərdə iştirak edərkən əvvəlki beş illik prezidentliyinə görə addımbaşı yumurta atəşinə tutulan Makron erməni dəstəyi olmadan hakimiyyətə gələ bilməyəcəyini yaxşı anlayırdı. O ermənilər ki, dünyada ən çox, bəlkə də Ermənistandan da daha çox məskunlaşdıqları Fransada istənilən siyasətçini “şantaj”, kompromat və digər çirkin üsullarla öz oyunlarına rahat şəkildə alət etməyi bacarırlar. İstənilən şəxs seçkilərdə, o cümlədən də Prezident seçkilərində, xüsusilə də ikinci dəfə qalib gəlmək istəyirsə “erməni tələsi”ni bu və ya digər formada keçməlidir. Eyni ssenari ilə qarşılaşan Makronun 2022-ci ildə qalib gəlmək şansının nə dərəcədə aşağı olduğunu görmək heç də çətin deyildi.
İkinci Qarabağ müharibəsində bütün imkan və bacarıqlarını səfərbər etsə də, baş verən proseslərin gedişatına heç bir təsir göstərə bilməməsinin cavabını ermənilər Makrona küçərlərdə yumurtalarla cavab verdilər. Siyasət meydanında isə, Erik Zemmur və Valeri Pekres kimi digər namizədlərin İrəvana səfərlərinin təşkil edilməsi artıq Makrona xəbərdarlıqların pik nöqtəsi oldu. Ancaq necə oldusa Makron yenə də fransız xalqından daha çox, fransermənilərin rəğbətini qazana bildi. Təbii ki, 44 günlük müharibə dövründə etdiyi “yanlış”ları təlafi etmək və öz üzərinə rəqiblərinə nisbətən daha çox öhdəliklər götürmək yolu ilə.
İkinci Qarabağ müharibəsi artıq bəlli etmişdi ki, Fransa Ermənistana Azərbaycana qarşı müharibə meydanında heç bir dəstək göstərmək iqtidarında deyil. Avqust və sentyabr təxribatları da bunu bir daha sübut etdi. Azərbaycanın və Prezident İlham Əliyevin Brüssel platforması ilə bağlı razılığını aldıqdan sonra siyasi və diplomatik oyunlarını oynamağa platforma qazandıqlarını düşündülər. Hətta xatırlasaq, 15 dekabr 2021-ci ildə ilk Brüssel görüşü zamanı qeyri-rəsmi də olsa Prezident İlham Əliyev, Emanuel Makron və Nikol Paşinyan görüşü keçirildi. Bununla əslində Makron fransermənilərə birinci addımını atdığını çatdırmaq istəyirdi. Ancaq Brüssel platforması deyərkən bu format nəzərdə tutulmadığına görə bir daha bu üçtərəfli format Azərbaycanın istəməməsinə görə reallaşmadı. Ən yaxşı halda dördtərəfli görüş ola bilərdi ki, sonradan bu ilin əvvəli bir videoformatda, sonra da Praqda canlı olaraq dördtərəfli görüş baş tutdu.
Dördərəfli görüşlərə gələndə isə, həm onlayn görüşdə, həm də xüsusilə Praqa görüşü zamanı “çınqılların” əlçatmaz Qayaya rast gəldiyini bütün dünya, Şarl Mişel isə canlı olaraq görmüş oldu. Necə deyərlər, “sən saydığını say, gör “Dəmir yumruq” nəyi sayır” məsəli baş verdi sanki. Hazırladıqları məkrli planlar bir kənara qalsın, görüşdə həm Ermənistan, həm də sahibi Qarabağın da ayrılmaz tərkib hissəsi olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Ölmüş “ATƏT-in Minsk Qrupu”nu dirildib “Mülki missiya” adı altında Qarabağa gətirmək cəhdləri də, hələ də xəfifə aldıqları Prezident İlham Əliyevin sərt təpkisi və etirazı ilə qarşılandı. Bundan sonra nə baş verməli idi? Həm Paşinyan, həm də xüsusilə də Makron erməni diaspora və lobbi təşkilatlarının hədəfinə gəlməli idi.
Sonradan baş verənlərlə bağlı özünü sığortalamq və hər şeyi Paşinyanın üzərinə atmaq üçün Makron bir gediş etməli idi. Praqa görüşündə Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyini və baş verənlərdən sonra da Azərbaycanın əvvəlki olmadığını görən Makron Azərbaycana qarşı küçə jarqonu ilə ifadələr işlədərkən onun nə ilə nəticələnəcəyini çox gözəl anlamalı idi. Azərbaycanın mövqeyinin ən az bundan sonrakı danışıqlar prosesində Fransanın iştirakının mümkünsüz olması ilə bağlı olacağını Makron çox yəqin ki, gözəl başa düşürdü. Bu yolla Makron, əslində müharibədə olduğu kimi, siyasi və diplomatik meydanda da artıq Ermənistana heç bir dəstək göstərə bilməyəcəyini başa düşdüyünə görə, özünü və Fransanı bu prosesdən kənarlaşdıracaq cümlələri işlətməklə özünə görə fransermənilərə qarşı “at gedişi” etdi. Hətta hiyləgər və məkrli ermənilər buna layiq olsalar belə, son addımları ilə Makron əslində “sonuncu böyük fransız” adını qazanan Şarl de Qolldan sonra, Fransa tarixinə “ən cılız fransız” adı da qazandırmış oldu!
Xəyal Bəşirov