
İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi bölgədə sarsıntı yaradıb.
Newscenter.az-a daxil olan məlumata görə, keçmiş PA rəhbəri Ramiz Mehdiyevin biznes şəriyi Əziz Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə məktəb yaşlı uşaqları vurub.
Sakinlərin bildirdiyinə görə, Əziz Quliyev qəzadan dərhal sonra hadisə yerindən qaçıb. Onun baş vermiş hadisəni yüksək əlaqələrindən istifadə edərək ört-basdır etməyə çalışdığı bildirilir. Məkumata görə, bu məqsədlə Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev hərəkətə keçərək bütün imkanlarını işə salıb.
Qəzada yaralanan uşaqların atası zavodda fəhlə işləyən Cəmil Babaşovun isə müxtəlif vasitələrlə təzyiqə məruz qaldığı, ondan rəsmi şikayətçi olmamasının tələb edildiyi bildirilir. İmişlidə və ətraf rayonlarda insanlar bu işin ört-basdır edilməsinə qarşı çıxaraq Əziz Quliyevin qanun qarşısında cavab verməsini tələb edirlər.
Qeyd edək ki, İmişli Rayon Xəstəxanasına yerləşdirilən uşaqların vəziyyətin ağır olduğu bildirilir.
Anar Əliyev