Rusiyanın Kostroma şəhərində yerləşən əyləncə mərkəzlərinin birində güclü yanğın baş verib.
Newscenter.az bildirir ki, bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
“Poliqon” adlı kafedə baş verən yanğın nəticəsində 13 nəfər həlak olub. Regional Fövqəladə Hallar Xidmətindən bildirilib ki, ilkin məlumata görə, yanğın porotexnikadan istifadə nəticəsində baş verib: “Yanğın ov fişəngi havaya buraxıldıqdan sonra başlayıb”.
Fişəngi atan şəxs axtarışa verilib.