"Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev vəfat edib.
Newscenter.az xəbər verir ki, o, noyabrın 7-si axşam saatlarında 65 yaşında dünyasını dəyişib.
Məlumata görə, mərhum bu gün dəfn ediləcək.
Qeyd edək ki, Hatəm Musa oğlu Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən "Təzə Pir” məscid kompleksinin rəisi vəzifəsində çalışırdı.