Sidney limanına yanaşan, 3 000-dən çox sərnişini və 1 000 ekipaj üzvü olan “Majestic Princess” laynerində 800-ə yaxın koronavirus xəstəsi aşkar edilib.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Avstraliyanın ABC yayım korporasiyası məlumat yayıb.
“Carnival Australia” operatorunun məlumatına görə, virusa yoluxanların əksəriyyəti indi kabinələrində təcrid olunmuş sərnişinlərdir. Səyahət 12 gün davam edib və onun yarısında yoluxma hallarında kəskin artım qeydə alınmağa başlayıb.
Avstraliyanın Yeni Cənubi Uels ştatının səhiyyə departamenti laynerdə COVID-19 yayılması xəbərdarlığı verildiyini təsdiqləyib.