Ermənistanın XİN başçısı Ararat Mirzoyan İstanbulda baş vermiş terror hadisəsi ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Mirzoyan tviterdə yazıb.
“İstanbulda baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - o bildirib
Qeyd edək ki, dünən İstanbulda baş vermis partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.