Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmişli sakinini yük avtomobili vuraraq öldürüb

İmişli sakinini yük avtomobili vuraraq öldürüb


İmişlidə yük avtomobili piyadanı vuraraq öldürüb.

Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 13-ü saat 16 radələrində rayonun Xubyarlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini E.Əsgərov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə yolu keçən Xubyarlı kənd sakini Bəhlul Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

R.Mehdiyeva
Xəbəri paylaş