Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.
Newscenter.az yerli mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.
O, qeyd edib ki, terror aktını qadın törədib.
“Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, - Fuad Oktay bildirib.
Hadisə terror aktı kimi qiymətləndirilir.