Çərşənbə günü İranın İsfahan əyalətində naməlum silahlı motosikletçilərin açdığı atəş nəticəsində azı iki nəfər ölüb, eyni sayda insan yaralanıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, həlak olanların hər ikisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Agentlik hadisəni terror aktı adlandırıb.
Bundan əvvəl Xuzistan əyalətinin İza şəhərindəki bazarlardan birində atışma olub, nəticədə 5 nəfər ölüb, eyni sayda yaralanıb.