Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lənkəranda tələbələr arasında kütəli dava olub, ölən var

Lənkəranda tələbələr arasında kütəli dava olub, ölən var


Lənkəran rayonunda 19 yaşlı tələbə qətlə yetirilib.

Newscenter.az bildirir ki, “Report”'un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran Dövlət Universitetinin yaxınlığında baş verib.

İlkin məlumata görə, tələbələr arasında baş verən kütləvi dava zamanı Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov bıçaq xəsarətləri alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş