Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Molla rejimi uşaq qatilinə çevrilib

Molla rejimi uşaq qatilinə çevrilib


Tehran dövlətində 2 aydan artıq müddətində səngiməyən ixtişaşlar nəticəsində 50 dən çox uşaq olmaqla 402 nəfər qətlə yetirib, 15 mindən çox insan barəsində ölüm hökmü çıxarılıb. Dünyanın heç bir ölkəsində dövlətin öz vətəndaşına qarşı belə vəhşiliyi görünməyib., ancaq, fəqət demokratiya, azad söz, özünü sərbəst ifadə etmə və sair kimi Qərb dünyasının "bayraqlarına" çevrilmiş prinsiplərin və insanlıq əleyhinə dövlət səviyyəsində törədilən cinayətlərə göz yumulması çox düşündürücüdür.

Bu fikirləri Newscenter.az-a hüquqşünas Vüqar Dadaşov səsləndirib. O bildirib ki, Azərbaycan da daxil olmaqla bəzi ölkələrdə insan hüquqlarının müdafiə adı ilə hücuma keçən Qərb İrana qarşı niyə hücuma keçmir?!

"Fransa timsalında Qərbin ikiüzlülük, riyakarlığının bir izahı var - İran Türk dünyasına qarşı və xüsusəndə İslama qarşı dağıdıcı fəaliyəti ilə Qərb dünyasının xidmətindədir və məhz bu məqsədə də bu saxta dövlət yaradılıb. Nəticə ondan ibarətdir ki, özümüz güclü olmalıyıq, bir olmalıyıq, bütöv olmalıyıq və Türk dünyasının psixoloji, iqtisadi, siyasi və hərbi birliyinə nail olmalıyıq".

Anar Əliyev
Xəbəri paylaş