Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda 39 yaşlı kişi bıçaqlanıb

Bakıda 39 yaşlı kişi bıçaqlanıb


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Newscenter. az xəbər verir ki, "Report"un məlumatına görə, Bakıxanov qəsəbəsində 1983-cü il təvəllüdlü Kərimov Şahid Səxavət oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş