Lənkəran rayonunda məktəbli naməlum şəxslər tərəfindən döyülüb.
Newscenter.az bildirir ki, “Report”un Cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Belə ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu naməlum şəxslərin hücumuna məruz qalıb.
O, Lənkəran Mərkəzi Xəstaxanasınin reanimasiya şöbəsinə yerləşdirilib.
Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.