Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriyadan Türkiyə ərazisinə raket atılıb, yaralananlar var

Suriyadan Türkiyə ərazisinə raket atılıb, yaralananlar var


PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 4 raket atıb.

Newscenter.az-ın məlumatına görə, “Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.
Xəbəri paylaş