Gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşulub.
Newscenter.az-ın məlumatına görə, nazir bu barədə rəsmi feysbuk hesabında paylaşım edib.
O, işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirib. F. Qayıbov bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb.
Nazir hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb.