Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı düşəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı düşəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ


Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı düşəcək, intensiv yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Noyabrın 29-dan dekabrın 2-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var. Havanın temperaturunun gündən-günə aşağı enərək gündüz saatlarında 7-9° isti olacağı gözlənilir. Qeyd edək ki, havanın temperaturu iqlim normasından 7° yüksəkdir.

Azərbaycanın rayonlarında noyabrın 26-sı şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var. Şimal küləyi 27-28-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Noyabrın 28-dən başlayaraq havanın temperaturunun günü-gündən aşağı enərək aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Sevinc
Xəbəri paylaş