Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda yol qəzasında ölənlərin sayı 5-ə çatıb-VIDEO

Bakıda yol qəzasında ölənlərin sayı 5-ə çatıb-VIDEO


Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə Newscenter.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib.

Nəticədə avtomobillərdə olan üç nəfər hadisə yerində keçinib. Müxtəlif bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilən iki nəfərin də həyatını xilas etmək mümkün olmayıb.

Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.

Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.



Mehman
Xəbəri paylaş