Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2022-ci ilin dekabr ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 300 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə Newscenter-az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, ötən ilin dekabrında ölkədən çıxışı qadağan olan 421 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 27 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.
Mehman