Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qax sakini üzərinə ağac aşması nəticəsində vəfat edib

Qax sakini üzərinə ağac aşması nəticəsində vəfat edib


Qax rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Newscenter-az-a verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Mehman
Xəbəri paylaş