Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndi-Laçın yolunda sülhməramlıların daha 5 avtomobilinin hərəkətinə şərait yaradılıb

Xankəndi-Laçın yolunda sülhməramlıların daha 5 avtomobilinin hərəkətinə şərait yaradılıb


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 5 avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Newscenter.az-ın məlumatına görə, “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Laçından Xankəndi istiqamətinə 1 minik və 4 təminat avtomobili keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində aksiya ərazisindən hər iki istiqamətə keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 25-ə çatıb.
Xəbəri paylaş