Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Newscenter-az "Report"- istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Rusiya-Türkiyə əməkdaşlığının hərtərəfli inkişafına sadiq olduqlarını bir daha təsdiq ediblər. Müzakirə mövzularına enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması daxildir.
Həmçinin Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ukrayna taxılının Qara dəniz limanlarından ixracı, Rusiyadan qida və gübrə tədarükünün bərpası ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul sazişinin icrası nəzərdən keçirilib.
Bundan əlavə, Rusiya, Türkiyə və İranın Suriya nizamlanmasına yardım üzrə Astana prosesi çərçivəsində birgə işinin praktiki əhəmiyyəti də qeyd olunub.