Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə kollecdə yanğın olub, zəhərlənənlər var

Gəncədə kollecdə yanğın olub, zəhərlənənlər var


Gəncə şəhərində yerləşən Gəncə Dövlət Regional Kollecində yanğın olub, 10-dan çox tələbə tüstüdən zəhərlənib.

Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənən tələbələr xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisənin qısaqapanmadan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün daha əvvəl Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında da yanğın baş verib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, tələbələrin təhlükəsizlik qaydalarını pozaraq xüsusi ayrılmış yerdə deyil, yataqxananın dəhlizində siqaret çəkmələri səbəbindən baş verdiyi müəyyən edilib.
Xəbəri paylaş