Rusiya-Ukrayna müharibəsi başlayandan bəri region dövlətləri daha ehtiyatlı və tədbirli davranmağa başlayıblar. Bu dövlətlər sırasında Polşa da var. Rəsmi Varşava ölkənin şərqində hərbçilərin sayı artırmağa başlayıb.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Samir Hümbətovun sözlərinə görə, Polşa milli müdafiə naziri Mariuş Blaşçak bu haqqda açıqlama verib və deyib ki, hal-hazırda Polşada könüllü hərbi xidmətdə olan 2 800 əsgər təlimə start verib:
"Amma bu kifayət olmadığı üçün rəsmi Varşava yenidən hərbiçi toplamaq niyyətindədir. Hətta bununla bağlı Polşada sözügedən xidmət növü üçün 25 min yer ayrılıb və hazır vəziyyətə gətrilib. Polşanın milli müdafiə naziri Mariuş Blaşçak onu da əlavə edib ki, 2022-ci ildə orduda könüllü hərbi xidmət etmək üçün 16 mindən çox insan müraciət edib. Görünən odur ki, artıq polyaklar Rusiya-Ukrayna müharibəsindən dərs çıxarıb, sıra onlara çatmadan hazırlıqlara başlayırlar. Əhalisinin sayı təqribən Ukrayna qədər olsa da ordusundakı canlı qüvvə sayı Ukraynanın 24 Fevral 2022-ci ildən öncəki ordusunun sayından 2,7 dəfə az idi. İndi isə bu rəqəm 2 dəfəyə qədər düşüb. Baxmayaraq ki, Polşa NATO üzvü olan ölkədir və hətta ərazisində ABŞ hərbi bazaları var, amma yenə də işini ehtiyatlı görməyə çalışır. Hazırda Polşa ordusunda 160 mindən bir az artıq canlı qüvvəl var və bu rəqəm 2022-ci ilin əvvəlindən artırılmışdır".
Anar