Hələ 2020-ci il parlament seçkiləri başa çatar-çatmaz ölkədə yenidən növbədənkənar seçkilərin keçiriləcəyi barədə fikirlər səslənməyə başlanmışdı. Son vaxtlar isə istər daxili, istərsə də regional amillər növbədənkənar seçkilər məsələsini daha da aktullaşdırıb. Bəs görəsən, Azərbaycanda növbədənkənar parlament və ya yaxud prezident seçkilərinin keçirilməsi indiki halda nə dərəcədə mümkündür?
Newscenter.az-ın xəbərinə görə, politoloq Zaur Məmmədov deyib ki, 2024-cü ildən başlayaraq Qarabağın dağlıq hissəsi və Zəngəzurla bağlı çağırışların həll edilməli olacağı sirr deyil. Onun sözlərinə görə, eyni zamanda, bir sıra regional aktorlarla Qarabağla bağlı vacib dialoqun başlayacağı istisna edilmir:
"Üçtərəfli Bəyanata görə 2025 -ci ildə sülhməramlılar məsələsinə aydınlıq gətiriləcək. Bütün bunları nəzərə alaraq, 2024 və 2025 ci illərə hazır olmaq lazımdır".
Zaur Məmmədov bildirib ki, cari ildə Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi yaxşı olardı:
"Xalqımız növbəti dəfə Cənab Prezidentin apardığı siyasi kursa səs verərək növbəti qələbələrimizin əsasını qoyacaq".
Mehman