Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Davosda Dünya İqtisadi Forumunun rəsmi açılışı olub

Davosda Dünya İqtisadi Forumunun rəsmi açılışı olub


İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 53-cü iclasının rəsmi açılış mərasimi olub.

Newscenter.az xəbər verir ki, tədbir forumun saytında yayımlanıb.

Açılışda forumun təsisçisi Klaus Şvab çıxış edərək, tədbirin bütün maraqlı tərəfləri bir araya gətirən platforma kimi əhəmiyyətini vurğulayıb.

“Düşünürəm ki, qlobal cəmiyyətin bütün maraqlı tərəflərini: hökumətləri, biznesi, vətəndaş cəmiyyəti, gənc nəsli cəlb edən platformanın olması zəruridir”, - Şvab bildirib.

Təsisçi forum iştirakçılarının mövcud böhranların həlli yollarını tapa biləcəklərinə də ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, forum yanvarın 20-də başa çatacaq, onun builki şüarı “Parçalanmış dünyada əməkdaşlıq”dır.
Xəbəri paylaş