Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub.
Newscenter.az-ın məlumatına görə, "Report" "Nuhçıxan"a istinadən xəbər verir ki, müvafiq sərəncamla general-leytenant Şamı Abdullayev Naxçıvanın fövqəladə hallar naziri vəzifəsindən azad edilib.
Polkovnik Şahin Mirzəyev muxtar respublikanın yeni fövqəladə hallar naziri təyin olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yeni naziri kollektivə təqdim edib.