Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Türkiyə ətrafında süni münaqişə ocaqları yaratmaq istəyir

Qərb Türkiyə ətrafında süni münaqişə ocaqları yaratmaq istəyir


"Son dövrlər Türkiyə daha çox elmi və hərbi nailiyyətləri ilə dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib. Həqiqətən qardaş ölkənin mühəndisləri inanılmaz gücə və texnoloji yeniliklərə sahib hərbi məhsullar istehsal edir. Milli Müharib Uçak TFX, Qızılalma supersonik pilotsuz döyüş təyyarəsi, Anka 3, Kuantum radar texnologiyası, Sipər HHM sistemi və adını sadalamadığım onlarla 5-ci və 6 - cı nəsil texnologiyaya sahib silah sistemləri. Əslində bütün bunların hər biri istehsal olunan sistemlərin müəyyən bir hissəsidir. Hərbi mütəxəssislər bunu xüsusi olaraq vurğulayırlar ki, bəzi silah sistemləri zamanı gəldikdə təqdim olunacaq".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, Türkiyənin uğurları hər birimizi hədsiz dərəcədə sevindirir. Lakin qardaş ölkənin uğurlarını qısqanclıq və ciddi tədirginliklə qarşılayan qüvvələr də kifayət qədərdir:

"Ön sırada isə ABŞ və Fransa liderliyində qərb qərarlaşır. Qərb Türkiyə ətrafında süni münaqişə ocaqları yaratmaqla əslində qardaş ölkənin sahib olduğu, lakin onların bilmədiyi texnologiyaların tətbiqinə nail olmaq istəyir. Qərb bununla Türkiyənin çox gizlin və həssaslıqla istehsal etdiyi sistemlərin gücünü öyrənmək və bundan sonra həmin sistemlərə qarşı müdafiə konsepsiyası və texnologiyalar yaratmağı planlaşdırır. Qərbin niyyətini yaxşı anlayan Türkiyə, başda Yunanıstan olmaqla Suriya, YPQ, PYD, DEAŞ KPC kimi qüvvələrin təhrik etmə əməllərinə qarşı çox səbr və təmkin göstərir".

AVP rəsmisi deyib ki, hərbi və siyasi sferada qazandığı uğurlar Türkiyənin mövqeyini dünya miqyasında daha da yüksəldir:

"Xüsusilə dünya üçün arzuolunmaz nəticələrə səbəb olan Rusiya-Ukrayna müharibəsində rəsmi Ankaranın vasitəçilik təşəbbüsü, Prezident Ərdoğanın öz şəxsi imicindən istifadə edərək az və orta təminatlı ölkələrə ərzaq buğdasının çatdırılmasına nail olması və digər məsələlərdə tutduğu mövqe beynəlxalq müstəvidə qardaş ölkənin nüfuzunu əhəmiyyətli dərəcədə artırır".

Anar Əliyev
Xəbəri paylaş