Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya, tarixinin ən çətin dövrünü yaşayır

Rusiya, tarixinin ən çətin dövrünü yaşayır


"Rus siyasətinin tərkibində erməni faktoru və Ermənistana dəstək, sovetlər dönəmində də yer alıb. Ermənistan isə öz siyasətində buna qarşılıq olaraq, qismən cavab versə də, ermənilərin buna layiq olmadığını rus siyasətçilər zaman zaman vurğulayıblar".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, hazırda Rusiya, tarixinin ən çətin dövrünü yaşayır:

"Ukraynaya qarşı başlatdığı hərbi müdaxilə, bütün sahələrdə Rusiyaya mənfi təsirini göstərəcəkdir. Sonu nə ilə nəticələnəcəyi bilinməyən bu müharibə, Rusiyaya və dünyaya nə kimi dəyişikliklər gətirə bilər sualı, hazırda dünyanın bir nömrəli problemi kimi görünür. Heç kim deyə bilməz ki, müharibənin nəticələri sonrakı dövrdə nə kimi fəsadlar özü ilə gətirə bilər. Müharibə hərbi blokların yenidən formalaşdırılması prosesinə təkan verərək, siyasi, iqtisadi münasibətlərin yenidən qurulması, təşkilatlanması məsələlərini zərurət olaraq ortaya qoyacaqdır"

Çingiz Şahbazi onu da qeyd edib ki, bu dəyişiklik öncəsi kimi Ermənistan artıq ilk olaraq, Rusiyaya qarşı bir neçə addım atıb:

"Rusiyanın öncədən planlaşdırdığı, Azərbaycan, Ermənistan və Rusiya XİN səviyyəsində keçirilməsi nəzərdə tutulan görüşdən, Ermənistanın imtina etməsi, artıq Rusiyaya qarşı ciddi zərbə sayılır. Bundan öncə KTMT-nin Yerevanda keçirdiyi toplantıda yekun protokola, Pasinyanın imza atmaması və KTMT ölkələrinin Ermənistan ərazisində keçiriləcəyi planlaşdırılan təlimlərə Ermənistanın qatılmaması, imtina etməsi ermənilərin Rusiyaya qarşı yürütdüyü yeni siyasətin açıq şəkildə kordinatlarını ortaya qoymaqdadır.Gümrüdəki ruslara məxsus 102-saylı hərbi bazanın ləğvi üçün keçirilən mitinqlər və etirazlar, Ermənistanın Rusiyadan tamamilə əlini üzməsindən xəbər verir. Bu addımların davamı olacaq kimi görünür və Ermənistan tərəfindən atılan hər hansı bir addım ,bizim tərəfimizdən layiqincə incələnərək dəyərləndirilməlidir".

Mehman
Xəbəri paylaş