Bu gün “Qaraheybət”də baş verən helikopter qəzasında şəhid olan pilot, kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev Mübariz Mənsimovun qonağı olub.
Newscenter.az Palmali Şirkətlər Qrupuna istinadən xəbər verir ki, Əlixan Əliyev Mübariz Mənsimova "Xarı Bülbül", "Şuşa" yazılmış paketdə gətirdiyi hədiyyələri söhbət əsnasında ona təqdim edib. Eyni zamanda şəhid atası oğlu və şəhidlər üçün yazdığı mahnının yer aldığıl diktafonu da görüşdə təqdim edib.
Qeyd edək ki, Palmali Şirkətlər Qrupuna daxil olan gəmilərdən birinə şəhid Xəyyam Əliyevin adının verilməsi nəzərdə tutulur.
]
Anar