"Bakı Oğlanlar" Komandasının üzvü Bəhram Bağırzadənin bir müddət əvvəl verdiyi müsahibədə səsləndirdiyi fikirlər cəmiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Onu təqdir edənlər də var, qınayanlar da.
Newscenter.az-ın xəbərinə görə, ictimai-siyasi fəal Rəşad Quliyev isə hesab edir ki, sadalanan problemi aradan qaldırmaq üçün valideyinlərlə yanaşı, məktəblərdə, TV-lərdə ictimai təbliğat aparılmalıdır:
"Xoşqədəmlər, Zaur Baxşaliyev, Elgizlərin düşük verlişləri əvəzində maarifləndirici, maraqlı verlişlərin sayı artırılsa daha yaxşı cəmiyyət qurmaq olar".
Rəşad Quliyev diqqətə çatdırıb ki, bu həm valideyinlərin, həm də dövlətin işi olmalıdır:
"Avropaya yeni gələnlərə o ölkələrdə inteqrasiya kursları keçirlər. Niyə? Çünki o cəmiyyətin qaydalarına uyğunlaşmaq üçün. Niyə adi bir fikrə belə hay küylə yanaşırıq? Adicə Gəncə ilə Daşkəsəni götürək. Gəncə insanı ilə daşkəsənli arasında məsafə az olsa da mental fərqləri, məsələlərə yanaşmalarda fərqlər var. Çoxumuz rayondan gələ bilərik, amma yaşadığımız yerlərin durumuna özümüzü uyğunlaşdırmalıyıq. Burda üzərinizə götürəcəyimiz bir şey yoxdur. Ümumi deyilmiş fikirlərdir. Üzərimizə götürəcəyimiz şey budur ki, övladlarımızı şəhər mədəniyyətinə inteqrasiya olmağı öyrətməliyik".
Rəşad Quliyev sonda onu da vurğulayıb ki, həqiqətən də rayondan gələn təbəqələr, şəhər urbanizasiyasına inteqrasiya olmalı, ictimai yerlərdə davranış qaydalarına diqqət etməlidirlər.
Mehman