Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi dialoq da dövlətçilik üçündür

Siyasi dialoq da dövlətçilik üçündür


Azərbaycan dünyada tolerant,bəşəri bir dövlət kimi tanınır. Bu gerçəklik nüfuz deməkdir. Azər­bay­canın xarici siyasəti dünya dövlətlərinə siyasi münasibətlərin bəşəri dəyərlər əsasında necə qurul­ma­lı olduğunu xatırladır.

Siyasi dialoq həm daxili münasibətlərdə, həm də xarici siyasətdə gərəklidir. Azərbaycan Respub­li­kasının Prezidenti cənab İlham Əliyev belə dialoqlara həmişə böyük önəm verib, dövlətçilik baxımın­dan onun əhəmiyyətini inamla qeyd edib, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə deyib: “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”

Bu fikirlər siyasi dialoqların həm də ölkənin iqtisadi inkişafında vasitə olacağını xatırladır. Cənab Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışında da bu məsələni diqqətə çatdırmışdı: “Uğurla başlayan bu siyasi dialoq bizim siyasi siste­mimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir”.

Siyasi dialoq ənənələri dövlətçiliyi möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə ma­lik­dir. Bu ənənələrin formalaşdırılması siyasətinin ilk mərhələsi özünəməxsusluğu ilə xarakterizə edi­lir və bu xüsusiyyətlər təqdir edilməli xüsusiyyətlərdir.

Ötən iki il “siyasi dialoq” məfhumunun aktuallaşdırılması, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi, siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi, sistemli islahatlara hazırlıq, siyasi sistemin güclü və zəif tərəflə­ri­nin müəyyən olunması, regionda formalaşan yeni reallığa adaptasiya və s. dövrü olub.

Siyasi dialoq qarşılıqlı fəaliyyətin tənzimlənməsi üçündür. Bu baxımdan siyasi dialoqun prin­sip­lərinə hərtərəfli əməl edilməlidir. Bu da məsuliyyət deməkdir.

Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tari­xin­də ilk dəfədir ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.

İstər daxili siyasət, istərsə də xarici siyasət siyasi dialoqun tezislərinə, xüsusiyyətlərinə səmimi münasibət tələb edir. Belə ki, siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xid­mət edir. Siyasi proseslərə qiymət verərkən, birmənalı şəkildə qeyd edilməlidir ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır.

Hər dövlətdə bu ünsiyiyyətlərə müxtəlif münasibətlər olub, indi də belədir.

Ölkəmizdə təşviq olunan dialoq siyasətinin məzmunu dialoqu sadəcə siyasi dəyər kimi təşviq olunması formatından, dialoqu siyasətdə demokratik münasibətləri şərtləndirən işlək mexanizm kimi qəbul etdirmək formatına qədər transformasiyaya uğrayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur...

Siyasi dialoqun dövlətçiliyə xidmət etdiyini unutmaq vətəndaşlıq mövqeyi ilə uzlaşmır...


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş