
Duyğularında və fikirlərində montaj edənlər indidə dövləti şantaj edirlər. Öz şəxsi hiss və arzularını süni şəkildə montaj edib reallıqları təhrif edən siyasətçilər bu gün dövlətə böhtan atır, onu şantaj edirlər. Dövlətin uğurlarını, siyasətini və imicini emosional şantajla zədələməyə çalışanların hamısı cəzasını alacaq.
Ramiz Mehdiyev və onun kimiləri manipulyatorluq edib süni qəhrəmanlara çevrilməklə deyil, dövlətin müvafiq qurumları bu ölkədə kimin kim olduğunu, nə istədiklərini çox yaxşı bilir və dəqiq analiz edirlər. Bu gün dövlətimizi qorumağı, ərazi bütövlüyümüzü bərpa etməyi, xalqın dəyərlərini yaşatmağı bacaranlar dövləti idarə etməlidirlər.
Siyasi və milli kimliyimizi müdrikcəsinə inkişaf etdirənlər bu dövlətin idarəçiləri olmalıdır. Xəyallarla yaşayan, özlərini kiçildib aciz vəziyyətə salan insanlar dövləti qoruya bilməzlər.
Fransa ilə münasibətlər gərginləşəndə, həmin dövrün səbəblərini xatırlayaq: o zaman Fransa açıq şəkildə Ermənistana dəstək verir, bunun üçün əlindən gələni edirdi. Lakin möhtərəm Prezident həmin vəziyyətdə siyasi reallıqlara uyğun, qəti və ağıllı diplomatiyası ilə yerində cavab verdi. O vaxt bəzi siyasətşünaslar “Fransa kimi bir ölkə ilə bu münasibətləri davam etdirmək kimə lazımdır?" deyə sual verirdilər.
Makaron öz səhvlərini və yanlış siyasi kursunu, həmçinin avara diplomatiyasını dərk etdikdən sonra münasibətlərdə müəyyən yumşalma yarandı. Lakin bunu da manipulyasiya edib fərqli don geyindirməyə çalışanlar bilməlidirlər ki, şantajçı və populist düşüncə tərzi ilə dünyada baş verən proseslərə adekvat cavab vermək mümkün deyil. Siz hələ siyasətdə böyüməmisiniz bunu özünüzə etiraf edə bilsəniz, bəlkə də xəyallar aləmindən qurtula bilərsiniz.
Sizin dövlət üçün söylədiyiniz uğursuz iradların, bu ölkəni idarə edənlərin geniş miqyaslı və uğurlu strategiyası qarşısında bir qəpiklik dəyəri yoxdur.
İnsanın öz dəyəri olmadıqda, onun əməllərinin, fikirlərinin və siyasətinin də dəyəri olmur bu, sadə məntiqdir. Biz dünən Zəngilanın işğaldan azad olunduğu günü, ondan öncə isə Füzulinin azad edildiyi günü qeyd etdik. Bu günlərin hər biri ölçüyəgəlməz bir hissdir onların dəyəri heç bir vahidlə ölçülə bilməz.
Bu tarixlər bizim gələcək nəsillərə ötürəcəyimiz ən dəyərli və ən qürurlu səhifələrimizdir.
Siz hələ də anlamırsınız ki, bu qədər böyük və şərəfli diplomatik qələbələr fonunda çoxdan ərimiş, itib-batmışsınız.
Cənab Prezidentin bütün siyasi addımları xalqımızın və dövlətimizin gələcək inkişafını hədəfləyir, bunun nəticələri isə hər kəsin gözü qarşısındadır.
Ölkədə istənilən hadisəyə münasibət bildirmək, baş verən proseslərə görə mövqe ortaya qoymaq hər bir siyasətçinin və siyasətşünasın haqqıdır. Amma bu mövqe mütləq ölkənin və xalqın maraqları nəzərə alınaraq ortaya qoyulmalıdır.
Mübarizə metodunuz, mübarizə üsulunuz və davranış qaydalarınızın hamısı dövlətin, dövlətçiliyin əleyhinə yönəlmişdirsə, bu yönəlmənin qarşısı mütləq alınacaq. Hörmətli dövlət qurumlarının cavab atəşi olacaq o atəş sizi yandıranda məzluma gələcəksiniz.
Dərhal müdafiə taktikasına keçirsiniz. Siz nə yaxşı bir öyrənci oldunuz, nə də onların üsullarını mənimsəyə bildiniz. Keçmişdə məktəbdə “nar çubuğu ilə öyrətmə” metodu, müxtəlif onlayn və digər öyrətmə metodları da fayda olmadi, nəticə vermədi nar çubuğu yalnız iz qoydu dərs vermədi. Sonunda beyniniz “error” verdi.
Səbəb isə çox sadədir-siz ideoloji tənəzzülə uğramısınız, monoton siyasətinizi davam etdirirsiniz. Eyni ritorika, eyni şüarlar, eyni üsullar… Yenilikləri sizə öyrətmək mümkün olmadı. Şüurunuz köhnəlib, dərk və qəbul qabiliyyətiniz çox zəifdir. Bu nə xalqın, nə də dövlətin günahıdır.
Heç kim narahat olmasın,dövlət lazım olan anda lazımi tədbirləri görəcək və xəyanət şkalasının sonuncu pilləsində dayananlara sonuncu qolunu vuracaq.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri