Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikada helikopter qəzası, 2 nəfər həlak oldu -ÖZƏL

Amerikada helikopter qəzası, 2 nəfər həlak oldu


Birləşmiş Ştatlarda təcili yardım helikopteri qəzaya uğrayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Alabama ştatında baş verib. Belə ki, helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamaya görə, Birmingem əyalətində bir şəxsin gəzinti zamanı səhhətində problem olduğunu bildirməsinin ardından bölgəyə təcili yardım helikopteri istiqamətləndirilib. "Eurocopter EC130" tipli təcili tibbi yardım helikopterinin 3 nəfərlik ekipajı ilə Şelbi dairəsi yaxınlığında qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Mehman
Xəbəri paylaş