Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərdədə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Bərdədə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb


Bərdədə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bu barədə Newscenter.az-a Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin Rzayevanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2015-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Mehman
Xəbəri paylaş