Türkiyədə bələdiyyə avtobusu idarəetməni ititrərək aşıb. Newscenter.az haber7.com-a istinadən bildirir ki, qəza nəticəsində 3 nəfər həlak olub, çoxlu sayda yaralı var.
Hadisə Kayserinin Pınarbaşı səmtində baş verib. İstanbul Bağcılar Bələdiyyəsinə məxsus 34 FIR 436 dövlət nömrə nişanlı sərnişin avtobusunda olan bələdiyyə üzvlərinin Malatyadan, zəlzələ bölgəsindən qayıtdıqları bildirilir.
Qəza zamanı xəsarət alanlar təcili yardım maşınları ilə Pınarbaşı Dövlət Xəstəxanasına aparılıb.
Mehman