ABŞ Müdafiə Nazirliyi Ermənistanı aprelin 22-də keçirəcəyi təlimlərdə iştirak edəcək dövlətlər siyahısından çıxarıb.
Newscenter.az-ın məlumatına görə, “Report” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, məlum hərbi təlimə qatılmasa da, Ermənistan Müdafiə Nazirliyi 2023-cü il ABŞ ordusunun Avropadakı komandanlığı tərəfindən təşkil ediləcək iki təlimdə (KFOR və “Saber Junction”) iştirak etməyi planlaşdırır.
Məlumata görə, aprelin 22-də başlayacaq “Defender 2023” təlimində 9 minə yaxın ABŞ əsgəri iştirak edəcək. ABŞ-da yerləşən qüvvələrin strateji dislokasiyası, əvvəlcədən yerləşdirilmiş ehtiyatlardan istifadə, Avropa müttəfiqləri və tərəfdaşları ilə qarşılıqlı fəaliyyət məsələlərinə yönəlmiş illik təlim təxminən iki ay davam edəcək.